- Konfrans liqası
- 02:04 08.11.2024
"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda insident yaşanıb.
Corner.az-ın məlumatına görə, Nikosiya təmsilçisinin oyunçusu Kiko Abbas Hüseynova qarşı kobudluq edib.
Bu, oyunçular arasında mübahisəyə səbəb olub. Görüşün danimarkalı baş hakimi Morten Krox onları sakitləşdirib və Kiko ilə yanaşı onun komanda yoldaşı Mixal Dyurişi və "Qarabağ"dan Kadi Borgesi sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.