23 oktyabr 2024. Çərşənbə

Qarabağ Omoniya üzərində qələbəni son anda əldən verdi


Qarabağ Omoniya üzərində qələbəni son anda əldən verdi

"Qarabağ” bu gün avrokubokda növbəti matçına çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya” ilə qarşılaşıb.

H qrupunda yer alan və ötən tur pley-offa vəsiqəni təmin edən Ağdam klubu Bakıda Kipr təmsilçisini qəbul edib. Qurban Qurbanovun komandası bu görüşdə xal itkisi ilə üzləşib.

Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və 3:2 hesabıyla qələbə qazanıb. Bu nəticələrdən sonra “Bazel” liderliyi ələ keçirib. “Qarabağ” isə hazırda ikinci pillədə qərarlaşıb

Avropa Konfrans Liqası
H qrupu
25 noyabr

Qarabağ – Omoniya 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43-pen. X.Qomes, 90.
Qırmızı vərəqə: Kiko, 65.
Baş hakim: Morten Krox (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtihyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Omoniya: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Duriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Xaralambos Xaralampus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos.
Ehtiyat oyunçular: 74. Kasper Çorazka, 4. Abdullahi Şehu, 8. İyayi Atimvenn, 13. Fotis Papulis, 15. Tomaş Huboçan, 16. Xordi Qomes, 17. Yan Leçkyaks, 21. Marinos Tzionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu.
Baş məşqçi: Henninq Berq.

Xal durumu: Bazel – 11, Qarabağ – 11, Omoniya – 3, Kayrat – 1.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda