23 noyabr 2024. Şənbə

Qarabağ'ın gücünə bələd idik - Omoniya'nın baş məşqçisi


Qarabağ'ın gücünə bələd idik - Omoniya'nın baş məşqçisi

Kiprin "Omoniya" komandasının  baş məşqçisi Henninq Berq Konfrans Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis, 2:2 hesabıyla bitən matçı belə şərh edib:"Yaxşı oyun alındı. Rəqibin gücünə bələd idik. Onlar qələbə qazanmaq istəyirdi. Oyunu müdafiədən qurduq və bunu bacardıq. Komandamın oyun ruhundan çox razıyam.


Norveçli mütəxəssis ikinci qollarının baxımlı olduğunu bildirib: "Bu cür qolları tez-tez görmürük".

Berq hakim idarəçiliyi haqda və eyni zamanda "Qarabağ"ı İsveçrənin "Bazel" klubu ilə də müqayisəsinə də toxunub "Hakimlər haqqında danışmaq istəmirəm. Onları qiymətləndirmək mənim işim deyil. Ümumiyyətlə hakimlərin işini normal qiymətləndirirəm. "Bazel" və "Qarabağ"la səfərdə heç-heçə etmişik. İsveçrədə qələbə də qazana bilərdik. "Qarabağ"a qarşı evdəki matçda ikinci qolu buraxdıqdan sonra oyundan düşdük. "Qarabağ" və "Bazel"i bərabər səviyyəli komandalar sayıram"







Konfrans liqası