23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqasında gecənin nəticələri


Konfrans Liqasında gecənin nəticələri

Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandası ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və qələbə qazanaraq liderliyə yüksəlib.

İngiltərənin “Tottenhem” komandası Sloveniyada “Mura”nın qonağı olub və  gözlənilməz məğlubiyyətlə üzləşib. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi isə Ukraynanın “Zarya” komandası olub. “Canavarlar” bu görüşdə darmadağınla qalib gəlib. 

"Slaviya" - "Feyenoord" və "Yablonets" - "Alkmaar" matçlarında isə qalib müəyyənləşməyib

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur
25 noyabr

A qrupu

HJK (Finlandiya) – Alaşkert (Ermənistan) 1:0
Qol: Tanaka, 48.

Makkabi (Təl-Əviv, İsrail) – LASK (Avstriya) 0:1
Qol: Horvat, 89.

Xal durumu: LASK – 13, Makkabi – 10, HJK – 6, Alaşkert – 0.

B qrupu

Flora (Estoniya) – Partizan (Serbiya) 1:0
Qol: Miller, 44.

Anortosis (Kipr) – Gent (Belçika) 1:0
Qol: Kristodolopulos, 27.

Xal durumu: Gent – 10, Partizan – 7, Flora – 5, Anortosis – 5.

C qrupu

Roma (İtaliya) – Zarya (Ukrayna) 4:0
Qol: K.Peres, 15. Zaniolo, 33. Abraham, 46; 75.

Bodo Qlimt (Norveç) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
Qol: Fet, 25. Botheym, 85.

Xal durumu: Bodo Qlimt – 11, Roma – 10, Zarya – 6, ÇSKA – 1.

D qrupu

Yablonets (Çexiya) – Alkmaar (Niderland) 1:1
Qol: Kratoxvil, 7 – Evyen, 44.

Randers (Danimarka) – ÇFR Kluj (Rumıniya) 2:1
Qol: Kamara, 68. Pyesinger, 76 – Deaç, 72.

Xal durumu: Alkmaar – 11, Randers – 7, Yablonets – 6, ÇFR – 1.

E qrupu

Slaviya (Praqa, Çexiya) – Feyenoord (Niderland) 2:2
Qol: Olayinka, 12. Kuçta, 66 – Dessers, 31; 90+3.

Makkabi (Hayfa, İsrail) – Union Berlin (Almaniya) 1:0
Qol: Ryerson, 66.

Xal durumu: Feyenoord – 11, Slaviya – 7, Union Berlin – 6, Makkabi – 4.

F qrupu

Linkoln (Cəbəllütariq) – Kopenhagen (Danimarka) 0:4
Qol: Yohannesson, 5. Lerager, 7. Bovinq, 63. Hoylund, 73.

Slovan (Bratislava, Slovakiya) – PAOK (Yunanıstan) 0:0

Xal durumu: Kopenhagen – 12, Slovan – 8, PAOK – 8, Linkoln – 0.

G qrupu

Renn (Fransa) – Vitess (Niderland) 3:3
Qol: Labord, 9; 39; 69 – Huysman, 43. Buytnik, 75. Openda, 90.

Mura (Sloveniya) – Tottenhem (İngiltərə) 2:1
Qol: Horvat, 11. Marosa, 90+4 – Keyn, 72.

Xal durumu: Renn – 11, Tottenhem – 7, Vitess – 7, Mura – 3.

H qrupu

Kayrat (Qazaxıstan) – Bazel (İsveçrə) 2:3
Qol: V.Lav, 23. K.Hovanisyan, 56 – Artur, 45-pen. Jeqrova, 69. Kasami, 73.

Qarabağ – Omoniya (Kipr) 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43. X.Qomes, 90.

Xal durumu: Bazel – 11, Qarabağ – 11, Omoniya – 3, Kayrat – 1.








Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda