23 oktyabr 2024. Çərşənbə

Qurban Qurbanov mətbuat konransına milli idman brendində çıxdı - VİDEO


Qurban Qurbanov mətbuat konransına milli idman brendində çıxdı - VİDEO
Konfrans liqasında H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” klubu ilə heç-heçə etdi - 2:2.


Corner.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov milli idman geyim brendi “İl’Azero”da çıxdı. Daim vətənpərvərliyi ilə diqqət mərkəzində olan 49 yaxşlı mütəxəssis, bu dəfə də ənənəsinə sadiq qalaraq, yerli məhsullara dəyər nümayişini göstərib.

İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Onun ən uğurlu layihələrindən biri 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub.

Öncədən bəyan etdiyi kimi, ölkəmizi layiqincə təmsil edən idmançılar, ictimai xadimləri, özəlliklə, 2-ci Vətən müharibəsi iştirakçılarına həsr edilən layihə sosial yönümlü olub, tam pulsuz çatdırılıb.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda