10 may 2026. Bazar günü

Maksim Medvedevlə Qara Qarayev ilk 3-lük'də


Maksim Medvedevlə Qara Qarayev ilk 3-lük'də

UEFA Konfrans Liqasının qrup mərhələsində V turun statistik göstəriciləri açıqlanıb.

Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın iki futbolçusu ən çox dəqiq ötürmə verən futbolçuların siyahısına düşüb.

Müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Qara Qarayev Bakıda Kiprin "Omoniya" klubu ilə görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Onlar bu göstəricidə yalnız Danimarka "Randers"inin futbolçusu Lasse Berqdən (92) geri qalıblar.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi