- Konfrans liqası
- 02:14 28.11.2025
"Omoniya”nın (Kipr) futbolçusu Jordi Qomes Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri Konfrans Liqasının qrup oyununda meydanın mərkəzindən vurduğu qol barədə açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərərək bəxtini sınamaq istədiyini deyib:
“Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu.
Həmin an ani qərar verərək bəxtimi sınamaq istədim. “Qarabağ”a bu cür qol vurmaq gözəl hissdir”.
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" matçı 2:2 hesabiyla başa çatıb.