7 noyabr 2026. Şənbə

Qarabağ'la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik


Qarabağ'la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik

“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının 11-ci turunda APOEL-lə keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la Bakıda keçirdikləri oyunla bağlı da fikirlərini bildirib:

“Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz uğurlu idi. Rəqibimizlə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik, uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.

Xatırladaq ki, "Qarabağ” – “Omoniya” oyunu 2:2 hesabı ilə yekunlaşıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi