5 may 2026. Çərşənbə axşamı

UEFA-dan növbəti dəfə Qarabağ'la bağlı paylaşım


UEFA-dan növbəti dəfə Qarabağ'la bağlı paylaşım

UEFA Konfrans Liqasının rəsmi "Tviter" səhifəsi növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Corner.az-ın məlumatına görə, postda "köhlən atlar"ın son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu vurğulanıb.

Bundan əlavə, Ağdam təmsilçisinin həftəsonu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.

Qeyd edək ki, "Qarabağ" noyabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi