5 may 2026. Çərşənbə axşamı

Bazel - Qarabağ matçının hakimləri bilindi


Bazel - Qarabağ matçının hakimləri bilindi
Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ”la İsveçrənin “Bazel” komandası arasında baş tutacaq oyunun hakim təyinatları açıqlanıb. Corner.az xəbər verir ki, UEFA bu oyunu Xorvatiyadan olan hakimlər briqadasına tapşırıb.
 
Matçın baş hakimi Fran Yoviç olacaq. Ona yan xətt hakimləri Hrvoye Radiç və Luka Puşiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İvana Martinçiç yerinə yetirəcək.
 
Dekabrın 9-da “Sent Yakob Park”da keçiriləcək “Bazel" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi