23 oktyabr 2024. Çərşənbə

Rəqibin Mançester Yunayted və ya Qarabağ olmasının fərqi yoxdur


Rəqibin Mançester Yunayted və ya Qarabağ olmasının fərqi yoxdur

İsveçrənin “Bazel” klubunun sabiq futbolçusu Aleksander Fray keçmiş komandasının Konfrans Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyunla bağlı açıqlama verib.

Corner.az-ın məlumatına görə, bunu İsveçrənin "Bazel" klubunun 42 yaşlı sabiq futbolçusu Aleksandr Fray "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl "Telebasel"ə açıqlamasında deyib.

“Avrokuboklarda mübarizə aparmaq vacibdir. Futbolçular üçün bu qarşılaşmalar hər zaman xüsusidir. Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur”.

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda