23 oktyabr 2024. Çərşənbə

Bazel'in iki futbolçusu Qarabağ'la oyunu buraxacaq


Bazel'in iki futbolçusu Qarabağ'la oyunu buraxacaq

İsveçrə "Bazel"i evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyununa iki itki ilə çıxacaq.

Corner.az "Sportskeeda" nəşrinə istinadən məlumatına görə, Patrik Rahmenin rəhbərlik etdiyi komanda zədəli futbolçuları Andrea Padula və Sebastyano Espozitonun xidmətlərindən yararlana bilməyəcək.

Azərbaycan təmsilçisində isə Bədavi Hüseynovla Xayme Romeronun eyni səbəbdən görüşü buraxacağı dəqiqdir.

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda