22 iyun 2026. Bazar ertəsi

Konfrans Liqası: Tottenhem'in oyunu ləğv edildi


Konfrans Liqası: Tottenhem'in oyunu ləğv edildi

İngiltərədə "Tottenhem" və Fransanın "Renn" komandaları arasında dekabrın 9-da keçirilməli olan UEFA Konfrans Liqasının qrup oyunu ləğv edilib.

Corner.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma halı  olub.

Premyer Liqa təmsilçisində 6 nəfərin COVID-19 testinin nəticəsinin müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.

Qeyd edək ki, G qrupunda mübarizə aparan "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir. Bu qrupda Niderlandın "Vitess" (7 xal) və Sloveniyanın "Mura" (3 xal) komandaları da yer alıb.







Konfrans liqası