23 oktyabr 2024. Çərşənbə

Qarabağ güclü komandadır


Qarabağ güclü komandadır

"Qarabağ" güclü və təcrübəli rəqibdir. Bu komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma biz onları təhlil etmişik və matça hazırıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri İsveçrənin "Bazel" klubunun futbolçusu Paytim Kasami "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasınınq qrup mərhələsinin VI tur oyunu barədə "Bzbasel"ə açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi H qrupundakı durumla bağlı danışıb: "Bizi riyazi hesablamalar maraqlandırmır. Bu qarşılaşmada qalib gəlmək istəyirik. Gələn ilin fevralında pley-off oynamaqdansa, bu gün qələbə qazanmaq daha asandır.Görüşün başlama vaxtı qəribədir, həm də hava isti deyil. Yəqin ki, bu səbəbdən, azarkeşlər maraq göstərmir".

Qeyd edək ki, bu gün "Sent Yakob-Park" stadionunda keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda