23 oktyabr 2024. Çərşənbə

UEFA Bazel - Qarabağ oyunu ilə bağlı sorğu keçirdi - FOTO


UEFA Bazel - Qarabağ oyunu ilə bağlı sorğu keçirdi - FOTO

UEFA bu gün İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı tur oyunu barədə sorğu keçirib.

Corner.az-ın məlumatına görə, bununla bağlı turnirin rəsmi "Tviter" səhifəsində "Qarabağ"ın Bazel səfəri: Kim qalib gələcək"? başlığı altında yazı paylaşılıb.

Səsvermədə iştirak edənlərin 60,4 faizi meydan sahiblərinin, 29,6 faizi isə qonaqların qələbə qazanacağını bildiriblər. Görüşün heç-heçə ilə başa çatacağını iddia edənlər isə 9,9 faiz təşkil edib.

Qeyd edək ki, "Sankt-Yakob Park" stadionunda oynanılacaq "Bazel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. 









Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda