25 aprel 2026. Şənbə

Hakimlər Qarabağ'ın təmiz qolunu saymadılar - FOTO


Hakimlər Qarabağ'ın təmiz qolunu saymadılar - FOTO
Azərbaycan çempionu "Qarabağ” avrokuboklarda növbəti dəfə hakim haqsızlığı ilə üzləşib. Corner.az xəbər verir ki, bu, Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilən “Bazel”lə səfər matçına təsadüf edib.
 
Belə ki, İsveçrədəki görüşün elə 1-ci dəqiqəsindəcə “Qarabağ”ın futbolçusu Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, görüşün xorvatiyalı baş hakimi qolu qeydə almayıb.
 
Qeyd edək ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Fran Yoviçdir. Ona yan xətt hakimləri Hrvoye Radiç və Luka Puşiç kömək göstərirlər








Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi