23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqası: Qarabağ qrup ikincisi oldu


Konfrans Liqası: Qarabağ qrup ikincisi oldu

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupdakı son matçını səfərdə İsveçrənin “Bazel” komandasına qarşı keçirib.

Hər iki komanda ötən turdan pley-offa vəsiqəni təmin etmişdi. Görüş komandalar arasındakı qrupun liderini müəyyənləşdirəcəkdi. “Qarabağ” qrupu ilk pillədə tamamlamaq üçün qələbə qazanmalıydısa, “Bazel”ə heç-heçə də sərf edirdi. Lakin meydan sahibləri matçdan qalib ayrılmaqla qrup birincisi olublar. “Qarabağ” isə qrup ikincisi olaraq kifayətlənib.

Qrupun digər matçında Kiprin “Omoniya” komandası doğma meydanda Qazaxıstan “Kayrat”ını sınağa çəkib və görüşdə qapılara qol vurulmayıb.

Avropa Konfrans Liqası
H qrupu
9 dekabr

Bazel – Qarabağ 3:0
Qol: A.Kabral, 33; 74. P.Kasami, 62.
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bazel. “Sankt Yakob Park” stadionu.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda