5 dekabr 2025. Cümə

Qarabağ keyfiyyətli komanda olduğunu göstərdi


Qarabağ keyfiyyətli komanda olduğunu göstərdi
İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Qələbə qazandığımız üçün şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq. Kompakt oyun sərgilədik. "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünülüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü