23 oktyabr 2024. Çərşənbə

Qurban Qurbanov: Ədalətli hakimliyin olmasını istərdim


Qurban Qurbanov: Ədalətli hakimliyin olmasını istərdim
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Bazel”ə (İsveçrə) qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında matçı belə şərh edib:
 
“Bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. İbrahima Vadji qol epizodlarını itirdiyi üçün çox əziyyət çəkdi. Ona irad bildirsəm, düzgün olmaz. Bu cür hallar mövsüm ərzində 3-4 oyunda olur. Ustalığı daha yüksək olsaydı, istifadə edərdi. Bununla belə, meydanda bütün gücünü ortaya qoydu. İlk dəfədir belə turnirdə iştirak edir. Onu qarşıdakı günlərdə daha yaxşı görəcəyik.
 
Sayılmayan qol epizodu komandamın çıxışına mənfi təsir etdi. Sanki futbolçular bir az ruhdan düşdülər. Əslində matçdan öncə hakimliklə bağlı danışıb onların psixologiyasını yormaq istəmirdim. Amma qol sayılmadığı üçün meydanda ruh düşkünlüyü hiss olundu. Onları sakitləşdirməyə çalışdım. Bundan sonra daha ürəkli oynamağa başladılar. Artıq gecdir. İstərdim ki, hakimlər nəinki bizim, heç bir komandanın haqqına girməsinlər. Çünki onlar ədaləti təmsil edirlər. Təəssüf ki, aralarında belələri də olur. Bu cür turnirlərdə kiçik bir səhv komandanın nəticəsini əlindən alır. Əfsuslar olsun ki, belə alındı. Bizim üçün rəqibin fərqi yoxdur. Bütün oyunlarda ədalətli hakimliyin olmasını istərdim”.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda