23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqasında qrup mərhələsinə yekun vuruldu


Konfrans Liqasında qrup mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” H qrupundakı son matçında İsveçrədə “Bazel”in qonağı olub və məğlubiyyətlə üzləşib. Qrupun digər matçında “Omoniya” doğma meydanda “Kayrat”ı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Turnirin əsas favoritlərindən sayılan “Roma” Bolqarıstanda ÇSKA ilə qarşılaşıb və qələbə sayəsində qrup mərhələsini ilk pillədə bitirib. “Tottenhem” komandadakı koronavirusa kütləvi yoluxma səbəbindən “Renn”lə matçdan imtina edib.

"Feyenoord" doğma meydanda İsrailin "Makkabi Hayfa"sını qəbul edib və  qələbə qazanıb. "Alkmaar" isə doğma meydanda Danimarkanın "Randers" klubunu minimal hesabla üstələyib.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

A qrupu

Alaşkert (Ermənistan) – Makkabi (Təl-Əviv, İsrail) 1:1
Qol: Bolyeviç, 78 – Almoq, 90.

LASK (Avstriya) – HJK (Finlandiya) 3:0
Qol: Baliç, 41. Nakamura, 63. Qruber, 81.

Xal durumu: LASK – 16, Makkabi – 11, HJK – 6, Alaşkert – 1.

B qrupu

Gent (Belçika) – Flora (Estoniya) 1:0
Qol: Bruno, 51.

Partizan (Serbiya) – Anortosis (Kipr) 1:1
Qol: Milovanoviç, 20 – Kristodulopulos, 33-pen.

Xal durumu: Gent – 13, Partizan – 8, Anortosis – 6, Flora – 5.

C qrupu

ÇSKA (Sofiya, Bolqarıstan) – Roma (İtaliya) 2:3
Qol: Çatakoviç, 75. Vildşut, 90+3 – Abraham, 15; 53. Mayoral, 34.

Zarya (Ukrayna) – Bodo Qlimt (Norveç) 1:1
Qol: Nazarina, 18 – Vernidub, 68-öz qapısına.

Xal durumu: Roma – 13, Bodo Qlimt – 12, Zarya – 7, ÇSKA – 1.

D qrupu

ÇFR (Kluj, Rumıniya) – Yablonets (Çexiya) 2:0
Qol: Debeljuh, 45; 82.

Alkmaar (Niderland) – Randers (Danimarka) 1:0
Qol: Ostinq, 87.

Xal durumu: Alkmaar – 14, Randers – 7, Yablonets – 6, ÇFR – 4.

E qrupu

Feyenoord (Niderland) – Makkabi (Hayfa, İsrail) 2:1
Qol: Dessers, 38. Nelson, 65 – David, 90+1.

Union Berlin (Almaniya) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Kruse, 64 – Şçrans, 50.

Xal durumu: Feyenoord – 14, Slaviya – 8, Union Berlin – 7, Makkabi – 4.

F qrupu

Kopenhagen (Danimarka) – Slovan (Slovakiya) 2:0
Qol: Vind, 30. Hoylund, 53.

PAOK (Yunanıstan) – Linkoln (Cəbəllütariq) 2:0
Qol
: Jivkoviç, 17. Şvab, 55.

Xal durumu: Kopenhagen – 15, PAOK – 11, Slovan – 8, Linkoln – 0.

G qrupu

Tottenhem (İngiltərə) – Renn (Fransa) matçı baş tutmayıb

Vitess (Niderland) – Mura (Sloveniya) 3:1
Qol: Buytnik, 4. Openda, 35. Huysman, 40 – Marosa, 82.

Xal durumu: Renn – 11, Vitess – 10, Tottenhem – 7, Mura – 3.

H qrupu

Bazel (İsveçrə) – Qarabağ (Azərbaycan) 3:0
Qol: A.Kabral, 33; 74. P.Kasami, 62.

Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) 0:0

Xal durumu: Bazel – 14, Qarabağ – 11, Omoniya – 4, Kayrat – 2.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda