5 dekabr 2025. Cümə

Qarabağ'a 2 qol vuran hücumçu həftənin futbolçusu adına namizəd


Qarabağ'a 2 qol vuran hücumçu həftənin futbolçusu adına namizəd

UEFA Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Corner.az-ın məlumatına görə, 4 iddiaçı arasına İsveçrə "Bazel"inin hücumçusu Artur Kabral da var. Braziliyalı futbolçu komandasının evdə "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi VI tur matçında "dubl"a imza atıb.

Digər oyunçular isə Yunanıstan PAOK-undan Andriya Jivkoviç, İtaliya "Roma"sından Temmi Abraham və Rumıniya ÇFR-indən Qabriel Debelyuxdur.

Qalib futbolçu UEFA-nın rəsmi saytında səsvermə nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, PAOK Yunanıstanda Cəbəllütariq "Linkoln"unu 2:0, "Roma" Bolqarıstanda "MOİK-Sofiya"nı 3:2, ÇFR isə Rumıniyada Çexiya "Yablonets"ini 2:0 hesabı ilə yenib.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü