5 dekabr 2025. Cümə

Qarabağ Başakşəhər və Monako ilə eyni sırada


Qarabağ Başakşəhər və Monako ilə eyni sırada
Avrokubokların qrup mərhələsinin 6-cı turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Corner.az xəbər verir ki, Azərbaycanın yalnız bir klubu ən yaxşı 100 komanda sırasında yer alıb.
 
Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ” qitədə 62-ci yerə şərikdir. 25.000 xala malik  Ağdam təmsilçisi 2 pillə geriləyib.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın şəriklərinin sayı da artıb. Belə ki, “Başakşəhər” və “Monako” da eyni göstəriciyə malik olub.
 
Azərbaycanın digər təmsilçilərindən “Neftçi” 7.000 xalla 163-cü pilləyə şərikdir. “Keşlə” 4.000 xalla 285-ci pilləni bölüşür. “Qəbələ” 3.500 xalla 301-ci pilləyə şərikdir. 3.400 xalı olan “Sumqayıt”, “Səbail” və “Zirə” isə 311-cidir. 
 
Cədvələ 133.000 xala malik “Bayern” (Almaniya) başçılıq edir. 124.000 xalı olan “Mançester Siti” (İngiltərə) ikinci, 122.000 xalı olan “Liverpul” isə üçüncüdür.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü