5 dekabr 2025. Cümə

Qarabağ'a 2 qol vuran futbolçu ən yaxşı seçildi


Qarabağ'a 2 qol vuran futbolçu ən yaxşı seçildi
UEFA Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Corner.az xəbər verir ki, bu ada İsveçrənin “Bazel” komandasının hücumçusu Artur Kabral layiq görülüb.
 
Braziliyalı futbolçu Azərbaycan təmsilçisi “Qarabağ”ı 3:0 hesabıyla məğlub etdikləri matçda dubl edib.
 
Konfrans Liqasında həftənin oyunçusu adına “Roma”dan (İtaliya) Temmi Abraham, ÇFR-dən (Rumıniya) Qabriel Debelju və “Partizan”dan (Serbiya) Marko Jivkoviç də namizəd idi.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü