7 noyabr 2026. Şənbə

Konfrans Liqası: Qarabağ'ın legioneri birinci oldu


Konfrans Liqası: Qarabağ'ın legioneri birinci oldu
Avropa Konfrans Liqasının qrup mərhələsində 6-cı turun statistik göstəriciləri açıqlanıb.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kadi Borges cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. O, bu göstəricidə ikinci sırada qərarlaşıb.
 
25 yaşlı yarımmüdafiəçi İsveçrənin “Bazel” komandası ilə matçda 5 dəfə cərimə meydançasına dəqiq ötürmə verib.
 
Ağdam təmsilçisində Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçıların sırasındadır. O, "Bazel"dən Haynts Linder və Serbiya "Partizan"ından Aleksandar Popoviçlə birgə 4 - 6-cı pillələri bölüşdürür. Hər üç qolkiper 5 dəfə komandasını real qoldan xilas edib.
 
“Qarabağ” “Bazel”ə səfərdə 0:3 hesabı ilə uduzub.






Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi