- Konfrans liqası
- 02:14 28.11.2025
UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turundan təxirə salınan "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) qarşılaşması ilə bağlı qərarını açıqlayıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisində 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün görüş baş tutmayacaq.
Görüşün taleyi ilə bağlı qərarı UEFA Nəzarət, Etika və İntizam Komissiyası verəcək.
Əgər "Tottenhem"ə texniki məğlubiyyətin verilərsə komanda avrokuboklarla vidalaşacaq. Niderlandın "Vitess" klubu isə pley-offa yüksələcək.