Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Corner.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Tədbirdə “Qarabağ”ın da pley-offdakı rəqibi bəlli olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu raundda Fransanın "Marsel" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra Bakıda keçirəcək.
Püşk zamanı eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər.
Pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.
Pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Olimpik (Marsel, Fransa) - Qarabağ (Azərbaycan)
PSV (Niderland) - Makkabi (Təl-Əviv, İsrail)
Fənərbaxça (Türkiyə) - Slaviya (Praqa, Çexiya)
Midtyulland (Danimarka) - PAOK (Yunanıstan)
Lester Siti (İngiltərə) - Randers (Danimarka)
Seltik (Şotlandiya) - Bodo Qlimt (Norveç)
Sparta (Praqa, Çexiya) - Partizan (Serbiya)
Rapid (Vyana, Avstriya) - Vitess (Niderland)