5 may 2026. Çərşənbə axşamı

UEFA-dan növbəti paylaşım: Qarabağ'ın ən yaxşısı kimdi?


UEFA-dan növbəti paylaşım: Qarabağ'ın ən yaxşısı kimdi?
UEFA Konfrans Liqasının rəsmi "Tviter" səhifəsi növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib. Corner.az xəbər verir ki, postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışına yer verilib.
 
Paylaşımda "Qarabağ" H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir" sualı da ünvanlanıb.
 
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.
 
 






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi