23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqası: Qarabağ'ın futbolçusu 5-lik'də


Konfrans Liqası: Qarabağ'ın futbolçusu 5-lik'də

UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunlarından sonra növbəti statistik göstəricilər açıqlanıb.

Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın kolumbiyalı müdafiəçisi Kervin Medina ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb.

28 yaşlı futbolçunun 369 ötürməsi dəqiq alınıb. Medina bu nominasiyada 5-ci olub.

Niderlandın AZ komandasından Brunu Martins İndi (494) birinci, onun komanda yoldaşı Yordi Klasi (441) ikinci, İsrailin "Makkabi" (Təl-Əviv) klubundan Luis Ernandes (396) üçüncü, Norveçin "Budyo Qlimt" komandasından Marius Lode (392) dördüncü olub.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda