23 oktyabr 2024. Çərşənbə

UEFA-dan Qarabağ'la bağlı daha bir paylaşım


UEFA-dan Qarabağ'la bağlı daha bir paylaşım

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı növbəti paylaşım edib.

Corner.az xəbər verir ki, məlumatda Ağdam təmsilçisinin turnirin qrup mərhələsində topa sahib olma üzrə ən yaxşı ikinci komanda olduğu vurğulanıb.

Köhlən atlar 60,7 faiz göstərici ilə yalnız Niderlandın "AZ Alkmaar" klubundan (62,8) geri qalıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. Azərbaycan təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda