23 oktyabr 2024. Çərşənbə

Hədəfimiz Konfrans Liqasını qazanmaqdır - Marsel'in baş məşqçisi


Hədəfimiz Konfrans Liqasını qazanmaqdır - Marsel'in baş məşqçisi
“Mövsümə yaxşı başladıq, həm Liqa1-də, həm də avrokuboklarda iddiamızı davam etdiririk”. Corner.az xəbər verir ki, bunu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Marsel”in argentinalı baş məşqçisi Xorxe Sampaoli deyib.
 
61 yaşlı mütəxəssis Fransa çempionatında ilk pillələr uğrunda mübarizə aparmalarına baxmayaraq, Konfrans Liqasına da ciddi yanaşdıqlarını vurğulayıb: “Konfrans Liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir. Bu turnirə qeyri-ciddi yanaşmağı düşünmürük. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün əla fürsətdir. Hədəfimiz Konfrans Liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir”.
 
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.
 






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda