23 noyabr 2024. Şənbə

Xorvatiyalı referi Qarabağ'a 625 min avro ziyan verdi


Xorvatiyalı referi Qarabağ'a 625 min avro ziyan verdi

"Qarabağ"ın İsveçrədə "Bazel"in qapısına vurduğu qolu saymayan xorvatiyalı referi Fran Yoviç və köməkçisi Hrvoye Radiç "köhlən atlar"ın təkcə 1/8 final mərhələsinə birbaşa vəsiqədən məhrum etməyib.

Corner.az-ın məlumatına görə, 37 yaşlı baş hakim həm də Ağdam təmsilçisinin UEFA-dan daha çox gəlir əldə etməsinin qarşısını alıb.

Azərbaycan təmsilçisi qrupdan çıxdığı və pley-offa yüksəldiyi üçün ümumilikdə 625 000 avro vəsait alacaq. Bu məbləğin 320 000 avrosu qrup ikinciliyinə, 300 0000 avrosu isə pley-offa vəsiqə üçün veriləcək. Komanda qrup birincisi kimi 1/8 finala çıxsaydı, bu məbləğin 2 qatını, yəni, 1 250 000 avro qazanacaqdı. Bu isə "Qarabağ"ın Yoviçə görə 625 000 avro pul itirdiyi deməkdir.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.







Konfrans liqası