5 may 2026. Çərşənbə axşamı

Konfrans Liqası: Kadinin qolu qrup mərhələsinin ən yaxşısı seçildi


Konfrans Liqası: Kadinin qolu qrup mərhələsinin ən yaxşısı seçildi
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib. Corner.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol birinci yerə layiq görülüb.
 
Sözügedən qarşılaşmada dubla imza atan 25 yaşlı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.
 
Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Braziliyalı futbolçunun qolu 52 faiz səs toplayıb.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi