23 noyabr 2024. Şənbə

Tottenhem'dən UEFA-ya etiraz: CAS-a müraciət edəcəklər


Tottenhem'dən UEFA-ya etiraz: CAS-a müraciət edəcəklər
İngiltərənin “Tottenhem” klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Buna səbəb UEFA-nın London təmsilçisinə texniki məğlubiyyət verməsi olub. Avropa futbol qurumunun qərarından narazı qalan paytaxt klubu məsələyə yenidən baxılmasını tələb edəcək.
 
Xatırladaq ki, “Tottenhem”in Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Renn” komandasına qarşı oyunu təxirə salınmışdı. Buna londonluların heyətində koronavirusa kütləvi yoluxma hallarının qeydə alınması səbəb olmuşdu. Qitə futbol qurumu bu üzdən Premyer Liqa təmsilçisinə texniki məğlubiyyət verib. 
 







Konfrans liqası