23 oktyabr 2024. Çərşənbə

UEFA-dan Qarabağ'ın legioneri ilə bağlı paylaşım - VİDEO


UEFA-dan Qarabağ'ın legioneri ilə bağlı paylaşım - VİDEO

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Corner.az xəbər verir ki, postda Ağdam təmsilçisinin Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur oyununda braziliyalı yarımmüdafiəçinin vurduğu baxımlı qolun videosunu paylaşıb.

Müxtəlif klublardan daha 3 futbolçunun fərqləndiyi epizodların yer aldığı paylaşımda "Uzaq məsafədən vurulmuş hansı qol daha yaxşıdır"? sualı da ünvanlanıb.

Qeyd edək ki, Kadi Borgesin sözügedən qolu Konfrans Liqasında qrup mərhələsinin ən yaxşısı seçilib.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda