"Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpik Marsel”də koronavirusa yoluxma halı aşkarlanıb. Corner.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Xorxe Sampaoli yerli mətbuata açıqlamasında deyib. O, müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentanın koronavirus testinin nəticəsi müsbət çıxdığını bildirib. Hər iki oyunçu karantinə alınıb.
“Qarabağ” Marsel təmsilçisi ilə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.