23 oktyabr 2024. Çərşənbə

UEFA Qarabağ'ın futbolçusunu fərqləndirdi


UEFA Qarabağ'ın futbolçusunu fərqləndirdi

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə paylaşım edib.

Corner.az-ın məlumatına görə, postda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol paylaşılıb.

3 qolun siyahısında "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun III turda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da yer alıb.

27 yaşlı müdafiəçinin 90+1-ci dəqiqədəki dəqiq zərbəsi Ağdam təmsilçisinə qələbə qazandırıb.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. H qrupunu ikinci pillədə başa vurmuş "köhlən atlar" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda