- Konfrans liqası
- 02:04 08.11.2024
"Rəqibimizin oyununu UEFA Çempionlar Liqasında və avrokuboklarda bir neçə dəfə görmüşəm".
Corner.az-ın məlumatına görə, bunu Fransa "Marsel"inin futbolçusu Amin Arit klubun rəsmi saytına müsahibəsində UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" haqqında danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, avrokuboklarda mübarizə aparmağın heç vaxt asan deyil: "Bu komanda ac olacaq və bütün rəqiblərimiz kimi, yüz faiz gücünü ortaya qoyacaq. İlk matçı evdə keçirəcəyik. Cavab görüşünü asanlaşdırmaq üçün doğma meydanda güclü olmaq lazımdır".
Müqavilə ilə Almaniyanın "Şalke" klubuna məxsus olan mərakeşli oyunçu bütün turnirlərdə hədəflərinin titul qazanmaq olduğunu vurğulayıb: "Böyük və ya kiçik yarış yoxdur. Bəli, Çempionlar Liqası ən nüfuzlusudur. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik".
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.