23 noyabr 2024. Şənbə

Qarabağ - Marsel oyunu neytral meydanda keçirilə bilər


Qarabağ - Marsel oyunu neytral meydanda keçirilə bilər
“Olimpik” (Marsel, Fransa) - “Qarabağ” matçı neytral ölkədə oynanıla bilər. Corner.az xəbər verir ki, bu barədə “L Equipe” nəşri yazıb. Buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmaması  göstərilir.
 
İddiaya görə, UEFA məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.
 
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab görüşü isə ayın 24-də Bakıda keçirilməlidir.






Konfrans liqası