23 noyabr 2024. Şənbə

UEFA Marsel - Qarabağ oyunu üçün iki variant təklif edib


UEFA Marsel - Qarabağ oyunu üçün iki variant təklif edib

UEFA Konfrans Liqasının pley-off mərhələsinin iştirakçıları olan klubların nümayəndələri ilə onlayn görüş keçirib.

Corner.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, iclasda Ağdam klubunun Fransada "Marsel"ə qarşı keçirməli olduğu pley-off matçı və ölkənin vaksinlə bağlı qanunları müzakirə edilib: "Bu zaman 2 əsas meyar əsas götürülür. Birincisi, Fransaya səfər edən şəxslərin peyvənd olunub-olunmamasıdır. Belə bir hal varsa, bu, birbaşa qonaq komandanın problemidir. İkinci məsələ, klubun səfər etdiyi ölkənin həmin vaksini tanımamasıdır. Burada isə artıq məsuliyyəti oyunu qəbul edən tərəf daşıyır. Yəni, ya yerli hökumətə müraciət edib istisna hal kimi matçın evdə oynanılmasına icazə almalıdır, yaxud da neytral ölkədə oynamalıdır. UEFA-nın təklif etdiyi variantlar budur".

Abbaszadə bildirib ki, "Qarabağ"a şamil olunan ikinci məsələdir: "Bizdə hamı vaksin olunub. Lakin bunların bir çoxu Fransada qəbul olunmur. Ona görə də "Marsel" hər şeyi öz üzərinə götürərək, məsələnin həllinə çalışmalıdır. Qarşı tərəflə danışıqlarımız olub. Klub yerli hökumətə müraciət edərək, istisna hal kimi "Qarabağ"ın Fransaya səfər etməsinə çalışır. Hazırda Fransa hökuməti güzəştə getməməyə israrlı kimi görünür. Bu mənada, oyunumuzun neytral meydanda keçirilmə ehtimalı var. Məsələyə növbəti həftə aydınlıq gələcək".

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.(report)







Konfrans liqası