7 noyabr 2026. Şənbə

Qarabağ'ın futbolçusu Marsel'lə oyunu buraxacaq


Qarabağ'ın futbolçusu Marsel'lə oyunu buraxacaq

"Qarabağ"ın futbolçusu Abbas Hüseynov Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda iştirak edə bilməyəcək.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə"yə 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra açıqlama verib.

49 yaşlı mütəxəssis bildirib ki, 26 yaşlı müdafiəçi məşqdə zədələnib: "Bir həftə, bəlkə də 4-5 gün məşq edə bilməyəcək. Qış hazırlığında da komandaya gec qoşuldu, xəstələnmişdi. Əsas oyunçularımızdandır. Bu gün zədəyə görə oynamadı".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi