- Konfrans liqası
- 07:19 19.12.2025
"Bu matçda xarakter göstərdik, ümid edirəm ki, növbəti matçlarda da davamı gələcək".
Corner.az-ın məlumatına görə, bunu Franssanın "Marsel" klubunun futbolçusu Sedrik Bakambu "Mets"i səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Liqa 1-in 24-cü tur qarşılaşmasından sonra deyib.
30 yaşlı hücumçu görüşün çətin keçdiyini söyləyib: "Vacib olan 3 xalı qazandıq. Komandanın reaksiyasından məmnunam".
Matçda "Marsel"in ilk qoluna 26-cı dəqiqədə Sedrik Bakambu imza atıb.
Qeyd edək ki, "Marsel" növbəti oyununu fevralın 17-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab matçı isə fevralın 24-də Bakıda olacaq.