5 may 2026. Çərşənbə axşamı

UEFA Qarabağ'ın legionerini fərqləndirdi - FOTO


UEFA Qarabağ'ın legionerini fərqləndirdi - FOTO

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Corner.az-ın məlumatına görə, postda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosunu paylaşıb.

Paylaşımın üstündə isə izləyicilərə bu sual verilib: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi"?

Xatırladaq ki, 25 yaşlı futbolçu sözügedən qarşılaşmada (2:1) dubla imza atıb.

Əlavə edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi