19 mart 2026. Cümə axşamı

Qarabağ Fransaya yola düşdü


Qarabağ Fransaya yola düşdü

"Qarabağ" "Marsel"ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Fransaya yollanıb.

Corner.az-ın məlumatına görə, Ağdam klubu Marsel şəhərinə aparan təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) mətbuat konfransında iştirak edəcək. Komandanın media üçün açıq məşqi yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda baş tutacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı