23 oktyabr 2024. Çərşənbə

Marsel Qarabağ səviyyəsində oynasa, mərhələ keçəcək


Marsel Qarabağ səviyyəsində oynasa, mərhələ keçəcək

"Qarabağ" topla oynamağa və oyun qurmağa çalışır, amma "Marsel" onların səviyyəsində çıxış etsə, mərhələni keçəcək".

Corner.az-ın məlumatına görə, bunu Kiprin "Omoniya" klubunun futbolçusu Erik Botyak "Laprovence" nəşrinə açıqlamasında deyib.

Fransalı futbolçu pley-off mərhələsində həmyerliləri ilə qarşılaşacaq Azərbaycan təmsilçisinin oyunçusu Abdullah Zubiri "köhlən atlar"ın ən yaxşı futbolçusu hesab edib: "Zubir sol cinahda daha çox təhlükə yaradır. "Qarabağ" yaxşı komandadır. Amma digər oyunçularına da nəzər yetirdikdə, deyə bilərəm ki, "Marsel" bu rəqiblə görüşlərdə böyük çətinliklə üzləşməməlidir".

34 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı forma geyinib. 

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda