5 may 2026. Çərşənbə axşamı

Qarabağ'ın Marseldəki matçı üçün 20 min azarkeş


Qarabağ'ın Marseldəki matçı üçün 20 min azarkeş
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın “Olimpik” (Marsel) komandasına qarşı keçirəcəyi ilk oyunu tribunadan təxminən 20 min azarkeş izləyəcək. Corner.az “Laprovence” nəşrinə istinadən xəbər verir ki, “Velodrom” stadionunda keçiriləcək oyuna fevralın 14-dək 15 min bilet satılıb.
 
Fevralın 17-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
 
“Velodrom” stadionu 67 min azarkeş tutumuna malikdir.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi