23 oktyabr 2024. Çərşənbə

UEFA Marsel - Qarabağ matçı ilə bağlı sorğu keçirir


UEFA Marsel - Qarabağ matçı ilə bağlı sorğu keçirir

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və Fransa "Marsel"i ilə bağlı sorğu keçirir.

Corner.az-ın məlumatına görə, postda izləyicilərə "kim 1/8 final mərhələsinə yüksələcək" sualı ünvanlanıb.

Hələlik səsvermədə 1463 şəxs iştirak edib. Onlardan 73,5 faizi Fransa klubunun, 26,5 faizi isə Azərbaycan təmsilçisinin mərhələ adlayacağını düşünüb.

Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda