23 oktyabr 2024. Çərşənbə

Fərid Qayıbov Qarabağ'a uğurlar arzuladı


Fərid Qayıbov Qarabağ'a uğurlar arzuladı

"Qarabağ"ın "Marsel"ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.

Corner.az-ın məlumatına görə, nazir şəxsi feysbuk hesabından matçın keçiriləcək "Velodrom" stadionunun videosunu paylaşıb.

Qayıbov postda "Oyun günü: komandamıza uğurlar!" sözlərini yazıb.

Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın qısa proqramda çıxışını izlədikdən sonra nazir Fransaya yollanıb. O, ötən gün "köhlən atlar"ın baş meneceri Asif Əsgərovla birlikdə komandanın məşqində olub. Matçın təhlükəsizlik baxımından riskli olduğunu nəzərə alan nazir "Qarabağ"ın yanında olmağı və bu gün qarşılaşmanı stadiondan izləyəməyi vacib sayıb.

Qeyd edək ki "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda