7 noyabr 2026. Şənbə

Buraya baxımlı oyun sərgiləməyə gəlmişik


Buraya baxımlı oyun sərgiləməyə gəlmişik

"Hər oyunun öz tarixçəsi olur".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

25 yaşlı braziliyalı yarımmüdafiəçi baxımlı oyun sərgiləməyə gəldiklərini bildirib: "Buraya baxımlı oyun sərgiləməyə gəlmişik. Bunun üçün hər cür şəraitimiz var. meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Hər gün bunun üzərində işləyirik".

Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi