- Konfrans liqası
- 02:04 08.11.2024
"Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Fransada Marsel “Olimpik”in qonağı olub.
Qurban Qurbanovun komandası tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” səfər matçından sərfəli nəticə ilə qayıtmağı planlayırdı.
Amma bu, alınmayıb. Meydan sahibləri ilk yarının sonlarında iki qol vurublar. Ağdam klubu bu qollardan birinin əvəzini çıxmağı bacarsa da, əlavə vaxtda daha bir topu qapısında görüb. Nəticədə, Qurbanovun yetirmələri səfərdə məğlubiyyətlə üzləşib.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral
Olimpik (Marsel, Fransa) – Qarabağ 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2 – K.Borges, 85.
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.