Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Corner.az xəbər verir ki, buna səbəb "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Fransada "Marsel"ə 1:3 hesabı ilə uduzması olub.
Azərbaycan yenə 17,000 xalla 26-cı pillədə qərarlaşıb. "Köhlən-atlar" Fransada ən azı heç-heçə etsəydi, ölkə reytinqdə 17,150 xala malik Rumıniyanı geridə qoyacaqdı.
Əvəzində Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə irəliləyib.
Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya düşüblər.